Yaponiyanın Osaka şəhərində binada baş verən yanğın nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb. 

"Unikal" xəbər verir ki, yanğın nəticəsində 17 kişi, 11 qadın olmaqla 28 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Ağır yaralı hesab edilən 27 nəfərdən bəzilərinin ürək və ağciyər daynmasından öldüyü bildirilib. 

Hadisə yerinə 34 yanğınsöndürmə briqadası və 70 təcili tibbi yardım maşını cəlb olunub. Yanğın söndürülüb.

***09:31

Yaponiyanın Osaka şəhərində (Yaponiya) binada baş verən yanğın zamanı 3 nəfər həlak olub.

"Unikal" xəbər verir ki, hadisə Osaka şəhərinin mərkəzindəki ticarət məhəlləsində, terapiya klinikasının yerləşdiyi səkkiz mərtəbəli binanın dördüncü mərtəbəsində baş verib.

Məıumata görə, güclü yanğın nəticəsində 28 nəfər xəsarət alıb, onlardan 27-nin vəziyyəti ağır hesab olunur.

Ağarza Elçinoğlu