ABŞ-da yüzdən çox dəniz piyadası prezident Co Baydenin peyvənd qanununu pozduqları üçün ordudan qovulub.
"Unikal" xəbər verir ki, Dəniz Piyadaları Korpusu “Marine Corps Times” qəzetinə verdiyi açıqlamada yayılan xəbərləri təsdiqləyib.
Korpusunun sözçüsü mayor Jim Stenger qəzetə bildirib ki, əsgərlərə virusa qarşı peyvənd edilmələri üçün dekabrın 28-dək vaxt verilib. Əks təqdirdə əsgərlər ordudan qovulacaq.
Qeyd edək ki, ötən dəfə də ABŞ Hərbi Hava Qüvvələrinin 27-yə yaxın əsgəri qovulması xəbəri yayılmışdı.
Gülayə Mecid