Rusiyada son sutka ərzində daha 27 743 nəfər yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.
"Unikal" xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 10 159 389 nəfərə çatıb.
Son sutka ərzində 1 080 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 295 104 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya və Almaniyadan sonra dördüncü yerdə gəlir.