Əfqanıstanın BMT-dəki daimi nümayəndəsi Qulam İsakzainin yerinə Nasir Əhməd Faiqi təyin edilib.
"Unikal" xəbər verir ki, bu barədə Əfqanıstanın BMT yanında Daimi Nümayəndəliyi məlumat yayıb.
Qeyd olunur ki, yeni şəxsin təyinatından sonra ölkə nümayəndəliyi Əfqanıstanda mövcud ağır humanitar vəziyyətə qarşı mübarizədə BMT rəhbərliyi və üzv dövlətlərlə sıx əməkdaşlıq səylərini artıracaq