"Artsax" Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş direktor müavini, polkovnik Boris Avaqyan Sankt-Peterburqda həbs edilib .
"Unikal" xəbər verir ki, Rusiya mediası Avaqyanın qaçaqmalçılıq işinə görə Rusiya hüquq-mühafizə orqanları tərəfindən axtarışa verildiyini yazır.
Məlumata görə, Boris Avaqyan dünən axşam saatlarında Sankt-Peterburqdakı restoranlardan birində olub. Ona Sankt-Peterburq Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları yaxınlaşıb. Avaqyan tutularaq Petroqrad rayon polisinə aparılıb.
Araşdırmalar aparılır.
Gülayə Mecid