Cənubi Amerikanı təmsil edən on yığma komanda UEFA Millətlər Liqasında çıxış edəcək.
"Unikal" xəbər verir ki, bu barədə UEFA-nın vitse-prezidenti Zbiqnev Bonek məlumat verib.
O, bildirib ki, 2024-cü ildən etibarən Braziliya, Argentina, Kolumbiya, Uruqvay, Çili və Peru A Liqasında, Boliviya, Paraqvay, Venesuela və Ekvador isə B Liqasında mübarizə aparacaq.
Bonekin sözlərinə görə, hazırda yeni format üzərində iş gedir.