“Birləşmiş Ştatlar Avropada təhlükəsizliklə bağlı Rusiya ilə danışıqlar aparmağa hazırdır. Belə dialoqun həm uğurları, həm də uğursuzluqları ola bilər”.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.
“Biz, Rusiya ilə dialoqa hazırıq. Son 20 il ərzində Rusiya ilə Avropanın təhlükəsizliyinə dair dialoq aparmışıq”, - Sullivan bildirib.
Onun sözlərinə görə, bəzi sahələrdə irəliləyiş əldə etmək mümkündür:
“Bizim strategiyamız, prinsipial mənada, addımlarımızı müttəfiqlərlə yaxından əlaqələndirmək, birliyi təmin etmək, sonra Rusiya ilə danışıqlar masasına oturmağa hazır olmaqdır".