Şəmkir rayonunda mağazada oğurluq hadisəsi olub.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 3 000 manat pul oğurlamaqda şübhəli bilinən rayon sakini Z.Seyidov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.