İranda ötən sutka ərzində 1 361 nəfər koronavirusa (COVID-19) yoluxub, 41 nəfər ölüb.
"Unikal" xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 131 033 nəfərə, yoluxanların sayı isə 6 169 011 nəfərə çatıb. Virus daşıyıcılarından 2 909 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Ölkədə indiyədək 5 999 860 nəfər koronavirusdan sağalıb, 40,6 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda təxminən 113 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 59 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 50,1 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 3,56 milyon təşkil edir.