Britaniyalı tədqiqatçılar “omikron” ştamının bugünədək rast gəlinməyən qeyri-adi simptomlarını aşkarlayıblar.
"Unikal" xəbər verir ki, alimlər bu variantı əvvəlkilərdən fərqləndirən xüsusiyyətləri nümayiş etdiriblər.
Londondan olan COVID-19 xəstələrinin hesabatlarına görə, “omikron”un ən çox görülən simptomları burun axması, baş ağrısı, yorğunluq, asqırma və boğaz ağrısıdır.
“Local Express” mətbu orqanının jurnalistləri az rast gəlinən qeyri-adi infeksiya əlaməti kimi yuxusuzluq və iştahsızlığı göstəriblər.
Tədqiqatçıların fikrincə, Milad bayramına qədər Britaniyada “omikron” ştamı üstünlük təşkil edəcək.