ABŞ-ın kosmik texnologiyaları şirkəti “SpaceX” “Falcon 9” raketi ilə kosmosa daha 52 “Starlink” peyki göndərib.
"Unikal" xəbər verir ki, “SpaceX”in məqsədi “Starlink” peyk şəbəkəsi ilə bütün dünyada yüksək sürətli internet təmin etməkdir.
2021-ci ilin 28-ci buraxılışı Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələri Stansiyasından həyata keçirilib.
Orbitdəki “Starlink” peyklərinin ümumi sayı 1944-ə yüksəlib.
Bu yaxınlarda “Starlink” şirkəti bir neçə aviaşirkətin təyyarələrində peyk internet sistemlərini sınaqdan keçirməyə başladıqlarını açıqlayıb.
“SpaceX” şirkəti kosmosa peyk göndərmə anlarını canlı yayımlayıb.