Yapon milyarder Yusaku Maezava 12 günlük kosmos səyahətindən sonra Yerə qayıdıb.

"Unikal" xəbər verir  ki, 46 yaşlı Yusaku Maezava dekabrın 8-də köməkçisi Yozo Hirano və rusiyalı kosmonavt Aleksandr Misurkinlə Qazaxıstanın Baykonur kosmodromundan yola düşüb və yenidən Qazaxıstana ayaq basıb.

Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) verdiyi açıqlamada, “turist” kosmik gəmisi Soyuz MS-20-nin uçuşu ilə  həyata keçirilib. 

Meazava "YouTube" kanalında təxminən 12 günlük kosmos həyatını paylaşıb. Yapon milyarder platformadakı 1 milyon izləyicisinə kosmosda dişləri necə fırçalamaq və duş qəbul etmək lazım olduğunu da danışıb.

Gülayə  Mecid