"Çin ABŞ-la əməkdaşlığı alqışlayır, lakin qarşıdurmadan qorxmur və qarşıdurma baş verərsə, sona qədər mübarizə aparacaq".

"Unikal" xəbər verir ki, bunu Çinin xarici işlər naziri Vanq Yi bildirib.

Çinin mövqeyinin aydın və dəyişməz olduğunu vurğulayan XİN rəhbəri əməkdaşlığın hər iki tərəfə fayda verəcəyini, qarşıdurmanın isə hamıya zərər verəcəyini vurğulayıb:
 
"Birləşmiş Ştatlarda bəzi insanlar digər ölkələrin inkişaf hüququna malik olduğunu qəbul etmək istəmir, Çinin daim güclənməsi və inkişaf etməsi faktını qəbul etmək istəmir". 

Ağarza Elçinoğlu