Gürcüstanda ötən sutka ərzində koronavirusa 1 296 yeni yoluxma faktı qeydə alınıb, 4 127 nəfər müalicə olunaraq sağalıb, 45 pasiyent vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Hazırkı dövrədək Gürcüstanda COVID-19 infeksiyası 910 456 nəfərdə aşkarlanıb. Onların 863 076-sı sağalıb, 13 116-sı isə ölüb.
Bu günə olan aktiv xəstə sayı 34 238-dir.