SEPAH Fars körfəzi sahillərində “Böyük Peyğəmbər 17” hərbi təlimlərinə start verib.

"Unikal" xəbər verir ki, bu barədə “Mehr” İran İnformasiya agentliyi məlumat yayıb.

Qeyd olunur ki, manevrlərdə quru, dəniz və hava qüvvələri, eləcə də Bəsic silahlılarının bölmələri iştirak edirlər. Təlimlər Xuzistan, Buşehr və Hörmüzqan əyalətlərində keçirilir.