Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnirdə bu gün növbəti oyunlar baş tutub.
"Unikal" xəbər verir ki, IV turda Azərbaycan təmsilçiləri - Şəhriyar Məmmədyarov və Rauf Məmmədov üz-üzə gəliblər. İlk 2 partiyada heç-heçə qeydə alındığından armageddon oynanılıb. Burada daha güclü olan Məmmədyarov yekunda 2:1 hesablı qələbə qazanıb.
Bu turda digər Azərbaycan şahmatçısı Vüqar Əsədli isə macarıstanlı Riçard Rapport ilə qarşılaşıb. Əsədli ilk partiyada sülh bağlasa da, növbəti dueldən məğlub ayrılıb.
V turda Məmmədyarov hindistanlı Vişvanatan Anandla üz-üzə gəlib. İlk iki görüşdə qalib müəyyənləşməyib və bu dəfə Məmmədayarovun özü armageddonda uduzub. Əsədli isə çexiyalı David Navara ilə bacarmayıb - 0:2.