Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 282 yoluxma halı qeydə alınıb, 53 nəfər ölüb.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 913 738, ölənlərin sayı isə 13 169 nəfərə çatıb.
Virusa yoluxanlardan 866 339 nəfərin sağaldığı bildirilib.