Ermənistanda daha bir vəzifəli şəxs həbs edilib.
"Unikal" xəbər verir ki, “Milli Təhlükəsizlik” partiyasının sədri Qarnik İsaqulyan xüsusi polis dəstələri tərəfindən saxlanılıb. Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Bildirilir ki, Ermənistan Cinayət Məcəlləsinin 333-cü maddəsinin 2-ci hissəsinin1-ci bəndinə əsasən sədrə qarşı cinayət işi açılıb. Buna səbəb Qarnikin 2021-ci il sentyabrın 20-də mətbuat konfransında törədilməyən cinayət barədə məlumat verməsi olub.
İstintaq işləri davam etdirilir.
Gülayə Mecid