Yevlaxda 13 yaşlı qardaşı qızını qaçıran şəxs həbs edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan "Unikal"a bildirilib ki, dekabrın 13-də Yevlax rayonunda 2008-ci il təvəllüdlü N. M-nı qaçıran əmisi Elçin Mustafayev Yevlax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Yevlax RPŞ-də Cinayət Məcəlləsinin 150.3.3 (On dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmə) və 152.2-ci (On dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir. Məhkəmənin qərarı ilə E. Mustafayev barəsində həbs-qətimkan tədbiri seçilib və o istintaqa təhvil verilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində azyaşlının doğma əmisi tərəfindən qaçırılaraq Bakı şəhərinə gətirildiyi müəyyən edilib. Hər iki şəxsin yeri müəyyən edilib və onlar saxlanılaraq Yevlax rayon Polis Şöbəsinə təhvil verilib.
*** 15:15
Yevlaxda itkin düşən 13 yaşlı qızın əmisi tərəfindən qaçırıldığı məlum olub.
"Unikal" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan APA-ya bildirilib ki, dekabrın 13-də Yevlax rayon sakini İ.Mustafayevin qızı N.M. və qardaşı Elçin Mustafayevin itkin düşməsi ilə bağlı Rayon Polis Şöbəsinə etdiyi müraciətlə əlaqədar dərhal müvafiq tədbirlərə başlanılıb.
Polis əməkdaşları tərəfindən bütün mümkün ehtimallar nəzərdən keçirilib və E.Mustafayevin qardaşı qızı N.M.-nı Bakı şəhərinə apardığı müəyyənləşdirilib. Keçirilmiş tədbirlərlə onların qaldıqları yer aşkar olunaraq Yevlax Rayon Polis Şöbəsinə gətiriliblər.
Azyaşlının əmisi tərəfindən seksual hərəkətlərə məruz qaldığı ehtimal olunur.
Faktla bağlı Yevlax RPŞ-də Cinayət Məcəlləsinin 150.3.3 (On dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmə) və 152.2-ci (On dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.