Xaçmaz rayonu, Yeni Həyat qəsəbəsi ərazisində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov "Unikal"a bildirib ki, araşdırma zamanı ağacların Qusar rayon sakini Zeynal Mastanov tərəfindən kəsildiyi və təbiətə 7430 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

“Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”, - deyə o əlavə edib.