"Bakı Metropoliteni"nin əməkdaşı dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin Elektromexanika xidmətinin su təchizatı sahəsinin elektrik mexaniki 1965-ci il təvəllüdlü Eldar Süleymanov bu gün səhər saat 7:55 radələrində  "Elmlər Akademiyası" stansiyasında özünü pis hiss edib.

Dərhal ona təcili tibbi yardım xidməti çağırılıb, ilkin yardım edilib. E. Süleymanov TTY xidməti çatana qədər dünyasını dəyişib. 

Anar Kəlbiyev