Tərtər RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində rayon ərazisində sanitar-epidemioloji normaları pozaraq müştərilərə qəlyan təklif edən çay evi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Unikal"a verilən məlumata görə, polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, obyektə cavabdehlik daşıyan Şaiq Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.