Şabran RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrdən istifadə edərək  avtomobil idarə edən şəxslər saxlanılıblar.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Belə ki, rayon sakinləri Təbriz Cavadov və Fəqan Səfərəliyevin  idarə etdiyi avtomobillər rayon ərazisində nəzarət-yoxlama qaydasında saxlanılıb. Polis əməkdaşları tərəfindən həmin sürücülərin narkotik vasitənin təsiri altında olmalarına əsaslı şübhələr yaranıb.  Həmin şəxslər RPŞ-ə gətirilərək həkim müayinəsindən keçiriliblər. Hər iki şəxsin  narkotik vasitələrin təsiri altında olmaları müəyyən edilib. 

Faktlarla bağlı RPŞ-də araşdırmalar aparılır