Türkiyəli məşhur aktrisa Hande Soral ana olacaq. 

"Unikal" xəbər verir ki, bu barədə 34 yaşlı aktrisa sosial media hesabından həyat yoldaşı İsmail Dəmirçi ilə fotosunu paylaşaraq, izləyicilərini sevindirib. Aktrisanın bu paylaşımına yüzlərlə bəyəni və təbrik mesajları gəlib. Bildirək ki, Hande 2017-ci ildə həmkarı İsmail Dəmirçi ilə ailə həyatı qurub. 

Hande Soral “Küçük Kadınlar”, “Çalıkuşu”, “Diriliş Ərtoğrul”, “Bir Zamanlar Çukurova” kimi bir çox serialla yanaşı, bir çox filmlərdə rol alıb.