UEFA Çempionlar Liqasının pley-off mərhələlərində istifadə ediləcək top təqdim olunub.

"Unikal" xəbər verir ki, bu barədə Avropa futbol qurumunun rəsmi tviter hesabı məlumat yayıb.

Bildirilib ki, komandalar Rusiyanın Sankt-Peterburq şəhərində baş tutacaq final matçına kimi oyunlarını bu topla keçirəcəklər.

Qeyd edək ki, Çempionlar Liqasında 1/8 final mərhələsinə fevralın 15-də start veriləcək. Final qarşılaşması mayın 27-də gerçəkləşəcək.