Bakıda dəmir yolu stansiyasında oğurluğa cəhd olub.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirlib ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində dekabrın 22-də Keşlə dəmir yolu stansiyası ərazisindən 500 kiloqram çəkidə metal qırıntılarını oğurlamağa cəhd göstərən Bakı şəhər sakinləri - A.Vəliyev və S.Rüstəmov saxlanılıb.