ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ali Məhkəməyə müraciət edib.
"Unikal" xəbər verir ki, eks-prezident Milli Arxivdəki şəxsi qeydlərinin yanvarın 6-da Konqresin reydini araşdıran Nümayəndələr Palatasının komitəsinə verməsinin qarşısını almağı xahiş edib.
Trampın vəkilləri bu barədə Ali Məhkəməyə ərizə təqdim edib.
Qeyd edək ki, Tramp prezidentliyi dövründən sonra bir çox məhkəmədə uduzub. Onun Ali Məhkəmədə də məğlub olması, bunun ardınca Ağ Evdəki şəxsi qeydlərinin yayımlanması da istisna edilmir.
Ağarza Elçinoğlu