Azərbaycanda məhdud məkanlarda xüsusi hərbi rejim tətbiq oluna bilər
15:10 19-02-2013
SİYASƏT
Zərurət olduğu halda məhdud məkanlarda xüsusi hərbi rejimin tətbiq olunması və hərbi şəraitdə informasiya imkanlarının genişləndirilməsi ilə bağlı qanunvericiliyə dəyişiklər gözlənilir
Azərbaycanda zərurət olduğu halda məhdud məkanlarda xüsusi hərbi rejimin tətbiq olunması və hərbi şəraitdə informasiya imkanlarının genişləndirilməsi ilə bağlı qanunvericiliyə dəyişiklər gözlənilir. Milli Məclisdən APA-ya daxil olan məlumata görə, bununla bağlı “Hərbi vəziyyət haqqında” qanuna əlavə və dəyişikliklər edilə bilər.
Qanuna yeni maddənin daxil edilməsi və mövcud 11-ci maddənin yeni variantda qəbulu gözlənilir. Təkliflər yaxın zamanlarda parlamentdə müzakirəyə çıxarıla bilər.
Məsələyə münasibət bildirən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc APA-ya açıqlamasında bildirib ki, belə bir dəyişiklik mümkündür və realdır: “Hazırda Qarabağ ətrafında vəziyyət xeyli gərginləşib. Ermənistanda Serj Sarkisyanın növbəti 5 ildə də hakimiyyəti ələ keçirməsi sübut edir ki, konflikt sülh vasitələri ilə tənzimlənməyəcək. Müharibə şəraitinin davamı olaraq Xocalı aeroportunun istifadəsinə cəhd göstərməklə Azərbaycanı provokasiyaya cəlb etmək açıq şəkildə kütləvi silahlı toqquşmaya qərar vermək deməkdir.
Ermənistan təyyarəsinin vurulmasının sonucu və hava məkanımız uğrunda savaş 2-ci Qarabağ müharibəsinin başlanması deməkdir. Belə olan halda ölkə müəyyən lokal zonada hərbi vəziyyətin elan olunmasına əl atmalıdır. Azərbaycan beynəlxalq informasiya sistemləri ilə əlaqələrini daha da intensivləşdirməli, eyni zamanda “Hərbi vəziyyət haqqında” qanuna bir sıra dəyişikliklər etməklə, Qarabağ ətrafında hərbi vəziyyət elan etməyə dair əsaslarımızı formalaşdırmalıyıq”.
Z. Oruc vurğulayıb ki, bu məsələ xüsusilə uçuş zolağında hərbi vəziyyət şərtlərini tətbiq edilməsi deməkdir: “Bu, eyni zamanda həmin şəraitdə informasiya sistemlərinə məlumatların çıxış imkanlarına dövlətin xüsusi nəzarətinin tətbiq olunmasına da gətirib çıxaracaq. Biz ermənilərin ehtimal olunan təhlükəli addımlarını gözləmədən müşahidəçi mövqedən qabaqlayıcı tədbirlərə keçməliyik”.
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35