İranda məhkəmə sistemi işçiləri etiraz aksiyası keçirib.
"Unikal" xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.
Etirazçılar parlamentdə məhkəmə sistemi işçilərinin maaşlarının artırılması layihəsinin qəbul olunmamasına və sosial vəziyyətlərinin yaxşılaşdırılması tələbi ilə aksiya keçirib.
İran parlamenti yanvarın 5-də məhkəmə sistemi işçilərinin və hakimlərin maaşlarının artırılması layihəsinin əleyhinə çıxıb.
Sosial şəbəkələrdə yayılmış videolardan görünür ki, paytaxt Tehranda bir qrup məhkəmə sistemi işçisi prezident İbrahim Rəisinin əleyhinə şüarlar səsləndirib.