Böyük Britaniya bu sahədə Rusiya ilə rəqabət aparmaq üçün hipersəs raketləri hazırlamağı planlaşdırır.
"Unikal" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Baş Qərargah rəisi Toni Radakin bildirib.
“Bizdə onlar (hipersəs raketləri - red.) yoxdur, lakin olmalıdır”, - deyə o “Times” nəşrinə müsahibəsində vurğulayıb.
Nəşr bu konteksdən qeyd edir ki, Radakin planları açıqlayıb, onların məqsədi “Rusiyanın artan hərbi gücü ilə rəqabət aparmaq”dır.