Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev çərşənbə axşamı Əlixan Smailovu ölkənin baş naziri təyin edib.
"Unikal" xəbər verir ki, bu barədə "Xabar-24" məlumat yayıb.
Bundan əvvəl parlamentin aşağı palatası onun namizədliyini təsdiqləyib. Tokayev parlamentin iclasına videobağlantı vasitəsilə qoşularaq Smailovun hökumət başçısı vəzifəsinə namizədliyinə baxmağı təklif edib.