Aralıq dənizində, Kipr sahillərində saat 6,4 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, Zəlzələ Kipr adasında, həmçinin Antalya, Mersin, Hatay, Adana, Isparta, Burdur və Konyada da hiss edilib.
Dəniz səthinin 5,06 kilometr dərinliyində baş verən zəlzələnin episentrinin Mersinin Anamur rayonundan təxminən 134 kilometr uzaqlıqda olduğu müəyyən edilib.
İlkin məlumata görə, zəlzələ qeydə alınan ərazilərdə heç bir dağıntı və can itkisi olmayıb.
Ağarza Elçinoğlu