Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının Qazaxıstana dair fövqəladə iclası başlayıb.
"Unikal"ın xəbərinə görə, təşkilata sədrlik edən Türkiyənin təşəbbüsü ilə keçirilən iclasa TDT-yə üzv və müşahidəçi ölkələrin XİN başçıları qatılıb.
Videokonfrans formatında keçirilən iclasda Qazaxıstanda baş verən hadisələr müzakirə olunur.
İclasa Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sədrlik edir.