Almaniyanın Meklenburq-Ön Pommern və Türingiya əyalətlərində ümumilikdə 32 min nümayişçi hökumətin COVID-19-a qarşı gördüyü tədbirlərə etiraz edib.
"Unikal" xəbər verir ki, Rostok şəhərində keçirilən aksiyada nümayişçilər polis barikadalarını keçmək istəyiblər. Polis nümayişçilərə qarşı gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edib.
Saksoniya Polis İdarəsindən verilən açıqlamaya görə, Bautzen şəhərində icazəsiz nümayişi dayandırmaq istəyən polisə səki daşları və butulkalar atılıb, etirazçılara qarşı bibər qazından istifadə edilib.
Kütləvi aksiyalar zamanı 3 polis yaralanıb.
Ağarza Elçinoğlu