Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yeni hökumətin tərkibini təsdiqləyib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin xarici işlər, müdafiə və daxili işlər nazirləri öz vəzifələrində qalıblar.
Eralı Tuqjanov, Muxtar Tleuberdi və Baxıt Sultanov Qazaxıstanın baş nazirinin müavinləri, Roman Sklyar isə baş nazirin birinci müavini təyin edilib. Energetika naziri postunda isə Maqzum Mirzəqaliyevi Bolat Akçulakov əvəzləyib.
Qeyd edək ki, bu gün səhər Tokayev Qazaxıstanın baş nazirinin keçmiş birinci müavini Əlixan Smailovu respublikanın yeni baş naziri təyin edib.