Tayvan Hərbi Hava Qüvvələrinə məxsus F-16V qırıcısı təlim uçuşu zamanı qəzaya uğrayıb.

"Unikal" xəbər verir ki, qırıcı Çzyai aerodromundan havaya qalxdıqdan 30 dəqiqə sonra pilotla əlaqə itib.

Şahidlərin məlumatına görə, təyyarə Dunşi qəsəbəsi yaxınlığında dənizə düşüb.

Dərhal xilasetmə əməliyyatına başlanılıb.