Rusiyanın Krasnoyarsk diyarının cənubunda sərnişin avtobusu minik avtomobili ilə toqquşub.
"Unikal" Rusiya Daxili İşlər Nazirliyinin regional Baş İdarəsinin məlumatına istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, 3 nəfər yaralanıb.
Avtobusda 15 nəfər olub, onlardan 3-nə tibbi yardım göstərilib.
Hadisənin təfərrüatları və səbəbləri araşdırılır.