Qərbi Afrika ölkəsi Nigeriyanın Delta əyalətində 3 mərtəbəli kilsə uçub.

"Unikal" xəbər verir ki, hadisə  nəticəsində 10 nəfər ölüb. 8 nəfər isə  yaralı vəziyyətdə ərazidən çıxarılıb. 

Bölgədə axtarış-xilasetmə işlərinin davam edir. Hadisə zamanı kilsədə 50-dən çox adamın olduğu bildirilir.