Rusiya hərbi aviasiyasına məxsus nəqliyyat təyyarələri Qazaxıstandan 2095 nəfəri evakuasiya edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Rusiya Aerokosmik Qüvvələrinin hərbi-nəqliyyat təyyarələri ilə ümumilikdə 2095 Rusiya və xarici vətəndaş Qazaxıstan Respublikasından ölkəyə gətirilib. Yanvarın 11-də 376 Rusiya vətəndaşı Qazaxıstan Respublikasından Moskvaya hərbi nəqliyyat vasitəsi ilə yola salınıb" ,- deyə məlumatda qeyd olunub.