Kəlbəcərdəki erməni təxribatı ilə bağlı cinayət işi açılıb.
Bu barədə "Unikal"a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu 1998-ci il təvəllüdlü əsgər Ayaz Nəzərovun Kəlbəcər rayonu ərazisində xidməti vəzifələrinin icrası zamanı düşmən tərəfindən açılmış atəş nəticəsində şəhid olması faktı ilə bağlı Kəlbəcər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda iş üzrə istintaq davam edir.