Qazaxıstanda maye qazın bahalaşmasından sonra ölkədə başlayan etirazları yatızdırmaq üçün prezident Kasım-Comert Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) hərbi dəstək istəyib.
"Unikal" xəbər verir ki, Qazaxıstana göndərilən 2 min 500 sülhməramlıların arasında 70 erməni əsgəri də iştirak edib.
Belə ki, Ermənistanın ölkədəki zorakılığı yatırtmaq üçün göndərdiyi əsgərin fotosu sosial mediada gündəm mövzusun çevrilib. Bəzi istifadəçilər əsgərin Qazaxıstanda çörək dükanlarını qoruyacağını ifadə ediblər. Onlardan bir neçəsini təqdim edirik:
"Hazırda acından ölürük, burada çörək çoxdur", "Çörəyi qorumağın ən yaxşı yolu bütün çörəyi yeməkdir", "Çörək sobalarını qorumaq lazımdır" və s.