Qazaxıstanın hüquq-mühafizə orqanları Almatıda qanunsuz əməllərin, talançı hücumların və digər cinayətlərin iştirakçısı olan 1,6 mindən çox iştirakçısını saxlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Almatı komendantlığı məlumat yayıb.
"Qanunsuz əməllərin, talanların və digər cinayətlərin 1678 iştirakçısı saxlanılıb. 36 ədəd odlu silah və 1476 döyüş sursatı müsadirə edilib”, - deyə açıqlamada vurğulanıb.