Belarusa qaçaraq siyasi sığınacaq istəyən polşalı hərbçi Emil Çeçko bildirib ki, Belarus-Polşa sərhədində 240-dan çox miqrant öldürülüb.
"Unikal" xəbər verir ki, bu barədə məlumatı Belarus İstintaq Komitəsi yayıb.
"Cinayət işinin istintaqı zamanı Emil Çeçko bildirib ki, o, 2021-ci il iyunun 8-dən həmkarları ilə birlikdə sərhəd zolağında və Semyanovka kəndi yaxınlığında mütəşəkkil qətllərdə iştirak edib".
Qeyd edək ki, ötən ilin dekabrın 16-da sərhəd zolağında saxlanılan hərbçi “miqrasiya böhranı və qaçqınlara qarşı qeyri-insani rəftar praktikası ilə bağlı Polşanın siyasəti ilə razılaşmadığına görə” Belarusdan siyasi sığınacaq istəyib.
E.Çeçko Polşada fərari kimi istintaqa verilib, o, ölkəsinə qayıdarsa 10 il azadlıqdan məhrum ediləcək. Buna görə də hərbçi Belarusdan ona qaçqın statusunun verilməsini istəyib.
Ağarza Elçinoğlu