Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Almatıya gəlib.
"Unikal" xəbər verir ki, məlumatı prezident administrasiyasından dörd nəfər təsdiqləyib. Lakin prezidentin mətbuat xidməti hələlik bu barədə rəsmi məlumat verməyib.
Qeyd edək ki, Almatı Qazaxıstanda yanvar ayının 5-dən başlayan iğtişaşların keçirildiyi ən böyük şəhərdir.
Ağarza Elçinoğlu