Türkiyədə terrorçularla fotosu yayılan millət vəkili Semra Güzelin toxunulmazlıq hüququ əlindən alına bilər.
"Unikal" xəbər verir ki, bunun üçün lazımi sənədlər parlamentdən Ədalət Konstitusiya Birgə Komitəsinə göndərilib.
Qeyd edək ki, Türkiyə ordusu tərəfindən zərərsizləşdirilən terrorçu Volkan Boranın cib telefonunun araşdırılması nəticəsində, sözügedən şəxsin və digər terrorçuların millət vəkili Semra Güzellə birlikdə fotoları tapılıb.
Ağarza Elçinoğlu