Rusiyanın Altay bölgəsində on iki yaşlı oğlan elektron siqaret çəkdikdən sonra ölüb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, yanvarın 10-da 17 yaşlı Biysk şəhər sakininin evinə onun 18 yaşlı rəfiqəsi 12 yaşlı qardaşı ilə qonaq gedib. Yeniyetmələr elektron siqaret çəkdikdən sonra səhhətləri pisləşib. Səhəri gün onların hər üçü huşsuz vəziyyətdə tapılıb. Oğlanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi açılıb.