“Dünyadakı durumu və yeni "Omikron" ştamının sürətlə yayılmasını izləyirəm. Bu gün, sözsüz ki, çətin vəziyyətdəyik”.
"Unikal" Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün hökumət üzvləri ilə birlikdə videokonfrans formatında keçirdiyi iclasda deyib.
“Rusiya yeni koronavirus alovlanmalarının ortaya çıxması ərəfəsindədir. Yeni il tətilləri ölkədəki epidemioloji vəziyyətə təsir etməyə bilməzdi", - o vurğulayıb.