İranın istehsal etdiyi “Tara” adlı ilk elektromobil bu ilin mart ayında geniş ictimaiyyətə təqdim olunacaq.
"Unikal" xəbər verir ki, bu barədə məlumatı “Jetco” innovasiya şirkətinin baş direktoru Davud Xosrovi verib.
Onun sözlərinə görə, İranın IKCO və “Jetco” şirkətlərinin birgə istehsal etdikləri “Tara ev” adlı elektromobil yerli konstruktorlar tərəfindən qurulub.
Tam milli olan elektromobilin kütləvi istehsalına başlamazdan əvvəl yeni infrastruktur yaratmaq lazımdır. İlk olaraq Tehran və digər böyük şəhərlərdə elektromobillər üçün elektrik yanacaqdoldurma məntəqələri tikmək və bu maşınların ehtiyat hissələrinin satışı mərkəzlərini yaratmaq gərəkdir.