Ermənistanda son sutka ərzində daha 289 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

"Unikal" xəbər verir ki, yoluxanların ümumi sayı 346 811 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 4 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 8014-ə yüksəlib. Aktiv xəstələrin sayı 3 972 nəfər təşkil edir. Koronavirusa yoluxub, lakin digər səbəblərdən ölənlərin sayı 1514 nəfərə çatıb.