Sumqayıt şəhərində ümumi sahəsi 220 m² olan anbarın içərisində taxta yeşiklərə yığılan şirniyyat məmulatları və dam örtüyünün taxta atmaları 160 m² sahədə yanıb.
"Unikal" Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, anbarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.